Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib | 1news.az | Xəbərlər
Dünya

Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib

17:38 - 04 / 04 / 2023
Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib

"Avropa İttifaqı (Aİ) 8 milyon avro yardımla Azərbaycanda minaların təmizlənməsi üçün ən böyük beynəlxalq donordur".

1news.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko tviterdə yazıb.

“Biz bütün dünyada, o cümlədən Azərbaycanda mina qurbanlarının olmasına təəssüf edirik. Biz minatəmizləmə üçün bu dəstəyi davam etdirəcəyik, o cümlədən ekspert məsləhətləri vermək və münaqişədən zərər çəkmiş əhaliyə yardım göstərmək, reabilitasiya və yenidənqurma işləri aparacağıq. Aİ regionda davamlı sülhün qurulmasına qətiyyətlə sadiqdir”, - o bildirib.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndirici Vladanka Andrevya isə tviterdə yazıb ki, ərazilərin minalardan təmizlənmsi üçün ANAMA ilə əməkdaşlıq davam edəcək: "Minalar və digər partlayıcı qalıqlar insan həyatı və davamlı inkişaf üçün təhlükə yaradır".

Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.

Paylaş:
675

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər