Ermənistanda Türkiyə vətəndaşının meyiti tapıldı | 1news.az | Xəbərlər
Dünya

Ermənistanda Türkiyə vətəndaşının meyiti tapıldı

1news Redaksiyası11:21 - 13 / 04 / 2023
Ermənistanda Türkiyə vətəndaşının meyiti tapıldı

Ermənistanın paytaxtı İrəvanda “Apaven” gömrüyündə Türkiyənin 60 yaşlı vətəndaşı Hasan Türkərin meyiti aşkar edilib.

1news.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi ictimai əlaqələr və informasiya üzrə idarə rəisinin müavini Edqar Canoyan bildirib.

Məlumata görə, İstintaq Komitəsi araşdırma aparır.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.

Paylaş:
1058

Son xəbərlər

Bütün xəbərlər