İtaliya polisi dənizdən 2 ton kokain tapıb | 1news.az | Xəbərlər
Dünya

İtaliya polisi dənizdən 2 ton kokain tapıb

15:50 - 17 / 04 / 2023
İtaliya polisi dənizdən 2 ton kokain tapıb

İtaliya polisi Siciliya adası yaxınlığında dənizdə üzən 2 ton kokain tapıb.

1news.az xəbər verir ki, bu barədə məlumat İtaliya Maliyyə Qvardiyasının rəsmi saytında dərc edilib.

Maliyyə Qvardiyasının (red. – maliyyə cinayətləri, qaçaqmalçılıq və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə idarəsi) məlumatında qeyd olunub ki, aşkar olunan kokain partiyasının qara bazarda dəyəri 400 milyon avrodan çoxdur və çəkisi təxminən 2 tondur.

Dənizdən tapılan narkotik vasitələr 70-ə yaxın suyadavamlı bağlamada olub, balıqçı torları vasitəsilə bir-birinə bağlanılıb və işıq siqnalı ilə təchiz edilib.

Paylaş:
563

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər