Dövlət Komitəsi bayram namazı ilə bağlı monitorinq keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi bayram namazı ilə bağlı monitorinq keçirəcək

Qafar Ağayev16:37 - 18 / 04 / 2023
Dövlət Komitəsi bayram namazı ilə bağlı monitorinq keçirəcək

Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) videoformatda müşavirə keçirilib.

1news.az xəbər verir ki, müşavirədə DQİDK-nın sədr müavinləri, Mərkəzi Aparat və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlərə diqqət çəkərək ölkənin bütün bölgələrini əhatə edəcək maarifləndirmə tədbirlərində dini fanatizm, radikalizm, ekstremizmə qarşı mübarizə, həmçinin, multikulturalizm, tolerantlıq, sülh şəraitində birgəyaşayış, vətəndaşların hüquq bərabərliyi, ümumbəşəri dəyərlərə hörmət istiqamətlərində tədbirlərin davamlı olaraq keçirildiyini qeyd edib.

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Komitənin Tədbirlər Planında öz əksini tapan tədbirlər barədə də danışan M.Qurbanlı dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən öyrənilməsi, Ulu Öndərin zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq layihələrin reallaşdırılmasının önəmindən bəhs edib. Ölkəmizdə qeyd ediləcək Ramazan bayramı barədə danışan Komitə sədri DQİDK-nın mərkəzi Aparat və bölgə şöbələrinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb. Bayram namazında Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini, o cümlədən bu məqsədlə bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlərin keçirilməsinin labüdlüyünü vurğulayıb.

DQİDK-nın sədr müavinləri isə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin olunması məqsədilə elan edilən müsahibələr, eləcə də təyinat alan din xadimlərinin fəaliyyəti, maarifləndirmə prosesinin effektivliyinin artırılması barədə fikirlərini bölüşüblər.

Sonda qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Paylaş:
474

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər