Yalnız azərbaycanlıların boğazında ilişib qalan çöplər və “ÇÖPÇÜLƏR” - ŞƏRH | 1news.az | Xəbərlər
Müsahibə

Yalnız azərbaycanlıların boğazında ilişib qalan çöplər və “ÇÖPÇÜLƏR” - ŞƏRH

Ayşən İsmayılova10:13 - 20 / 04 / 2023
Yalnız azərbaycanlıların boğazında ilişib qalan çöplər və “ÇÖPÇÜLƏR” - ŞƏRH

Avropanın elitar fermalarında inəklərin dırnaqlarını pedikür edən bir qrup işçi kollektivi mövcuddur.

Çində isə yalançı qohum-əqrəba təklif edən xüsusi şirkət fəaliyyət göstərir və toyda insanların sayının çox olmasını istəyən cütlüklər bu şirkətdən bir günlük qohum-əqrəba, hətta yalançı ata-ana belə icarəyə götürə bilirlər. Yaponiyada isə tualet tapmaq dövlət qulluğu hesab olunur. Cücələrin cinsini müəyyən edən menecer, qulaq təmizləyən, qarışqa seleksiyaçısı kimi bir çox qeyri-adi “peşə”lərin də daxil olduğu bu siyahıda bir peşə də var ki, bu işi Azərbaycandan başqa dünyanın heç bir yerində görmək mümkün deyil. Söhbət “çöpçü”lərdən gedir.

Azərbaycanda çox sayda insanın inandığı və zaman-zaman “xidmət”indən istifadə etdiyi çöpçülük sənəti, həqiqətən də, uşaqlara kömək edirsə, “bəs niyə bu əjdahadan başqa ölkələrdə də yoxdur?” Bu bizim başqalarından irəlidə olduğumuzu göstərir yoxsa cahilliyimizi?

Məsələ ilə bağlı araşdırma aparan 1news.az sosial şəbəkələrdə elanları olan çöpçülərlə əlaqə saxlayaraq onların fikirlərini öyrənib. Uzun illər çöpçülük edən və artıq bu işlə məşğul olmayan Leyla Əliyeva adlı bir xanım öz təcrübələrini 1news.az ilə bölüşüb.

“Çöp, tum, sancaq və s. uşaqların burun-boğazında ilişib qalır. Ondan sonra uşaq qusur, qızdırması qalxır, qarnı ağrıyır. Uşaqları həkimə aparırlar. Həkimlər görürlər ki, uşağın qızdırmasını sala bilmirlər. Artıq məcbur olub, deyirlər ki, çöpçüyə aparın. Uşağı çöpçüyə gətirirlər, çöpçü onu çıxarır. Ondan sonra uşağın qızdırması düşür, qarın ağrısı kəsir, yemək yeməyə başlayır”.
“Bu vergidir, öyrənməli bir iş deyil” deyən müsahibimiz, yalançı çöpçülərin də olduğunu söyləyib.

“Yalançı çöpçülər var. Mən özüm isə barmağımla çıxarıram. Dəsmalı barmağıma sarıb çöpü çıxarıram, üfürmürəm. Qiymətlər isə elə də çox deyil; 1 manat, 2 manat, 3 manat. Heç mən pul da götürmürəm. Savab olsun deyə çıxarıram. Uşağını gətirənlərin içində həkimlər də olur. Hətta uşaqları üçün yox, özləri üçün gələn həkimlər, polislər də olur”.

Təzəgül adlı başqa bir “çöpçü” isə çöpçülük sənətinin niyə məhz Azərbaycanda olmasını bilmədiyini deyib və öz fəaliyyətindən söz açıb.

“Çöpçülüklə bir ildir ki, məşğulam. Bu işi sonradan öyrənmişəm. Qiymətlər 5-10 manat arasındadır. Mən qiymət demirəm. Kimin gücü nəyə çatırsa, onu da verir. Bəzən gələnlərə deyirik ki, lora müraciət etsin. Bəzən də həkimlər özləri bizə yönləndirirlər”.

Pediatr Nigar Abdullayeva isə uşaqları çöpçüyə aparmağın düzgün olmadığını vurğulayıb və çöpçülərin dediyi kimi bir dəfə çöp qaldığı halda hər dəfə eyni vəziyyət yaranmasının doğru olmadını bildirib.

“Heç bir ölkədə çöpçü yoxdur. Uşaqda, həqiqətən də, yad bir cisim qala bilər, amma bunu xüsusi steril alətlərlə burun-boğaz həkimi çıxarmalıdır. Ancaq hər dəfə də uşağın nəfəs yolunda yad cism qalmır axı.

Uşaqlar mövsümi olaraq payız və qış aylarında tez-tez xəstələnirlər. Boğazda qızartı, səpgi olur, qızdırma qalxır. Bu o demək deyil ki, uşaqda çöp qalıb. Uşaq yuxarı tənəffüs yollarının virus və ya bakterial infeksiyasını keçirir. Boğazda bir infeksiya varsa, həkim lazımi müalicəni edəcək. Hər qızdırma vaxtı çöpçüyə aparmaq doğru deyil. Elə uşaqlar var ki, heç vaxt çöpçüyə getməyiblər”.

N. Abdullayeva çöpçülərin uşaqlarda çox ciddi xəstəliklərə yol aça biləcəyini qeyd edərək valideynləri ehtiyatlı olmağa çağırıb:

“Çöpçü nəfəsini uşağa üfürərkən öz tənəffüs yollarındakı infeksiyaları uşağa keçirə bilər. Məsələn, vərəm xəstəliyindən əziyyət çəkən bir çöpçü uşaqları yoxluxdurub. Mənim öz praktikamda da belə bir xəstəm olmuşdu. Uşaq 5 il idi ki, öskürəkdən əziyyət çəkirdi. Ondan hər gün yaşıl bəlğəm çıxırdı. Dəfələrlə müalicə olunmuşdu. Mən rentgen edərkən uşağın ciyərinin aşağı payında ciddi bir problem gördüm. KT müayinəsi (ağciyərin kompüter tomoqrafiyası) etdik. Daha sonra bronxoskopiya (bronxların vizual müayinəsi) lazım oldu və uşaq cərrahına göndərdik. Cərrahın bildirdiyi o oldu ki, valideynlər uşağı 5 il öncə 2-3 dəfə olmaqla hər həftə çöpçüyə aparıblar. Çöpçü üfürərkən qida qalıqları bronxda ilişib və illərlə qalaraq iltihablanıb. Uşağın ağ ciyərinin aşağı payı əməliyyatla götürüldü.

Həmçinin çöpçü üfürərkən həmin çöp qida tənəffüs yollarına düşə və uşaq anidən ölə bilər. Belə hallar baş verib də”.

Paylaş:
4616

Son xəbərlər

Bu bölgələrimizdə doğum göstəriciləri yüksəkdir - SiyahıBu gün, 17:43Astarada 47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürübBu gün, 17:34Son doqquz ayda ölkədə nikahların sayı azalıbBu gün, 17:12“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıbBu gün, 16:53Azərbaycanda əhalinin sayı artıbBu gün, 16:39Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandıBu gün, 16:20Bəzi yerlərdə yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 16:05Çeçenistan nümayəndə heyəti Milli Onkologiya Mərkəzində olmuşdur - FOTOBu gün, 15:43İlham Əliyev ekosistemə qəsdən zərər vuranların cəzalandırılmasını təsdiqləyibBu gün, 15:33Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu təyin olunubBu gün, 15:24Los-Ancelesə Azərbaycanın yeni baş konsulu təyin edilibBu gün, 15:16Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilibBu gün, 15:11“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTOBu gün, 14:53Nazir yaşıl xəstəxanalar layihəsinin tam reallaşacağı vaxtla bağlı danışdıBu gün, 14:45Emin Əmrullayev: “Ekoloji savadlılığın artırılması istiqamətdində işlər görülür”Bu gün, 14:36Sahil Babayev: “Azərbaycan iqlim dəyişikliyinin həssas qruplara təsirini azaltmaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir”Bu gün, 14:31Sabahdan yeni ekspres marşrutu fəaliyyətə başlayacaqBu gün, 14:28Astarada itkin düşən 74 yaşlı kişinin meyiti çayda tapılıbBu gün, 14:03Dövlət Başçısı Palau Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 13:51İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb - YENİLƏNİBBu gün, 13:39
Bütün xəbərlər