İndoneziyada güclü zəlzələ olub | 1news.az | Xəbərlər
Dünya

İndoneziyada güclü zəlzələ olub

13:55 - 22 / 04 / 2023
İndoneziyada güclü zəlzələ olub

İndoneziya sahillərində 6,2 maqnitudalı zəlzələ olub.

1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 355 min nəfər əhalisi olan Ambon şəhərindən 346 kilometr cənub-qərbdəki Banda dənizində, zəlzələnin ocağı isə 20 kilometr dərinlikdə olub.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Paylaş:
663

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər