Paşinyanla Şarl Mişel arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanla Şarl Mişel arasında telefon danışığı olub

09:59 - 26 / 04 / 2023
Paşinyanla Şarl Mişel arasında telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı regiondakı hərbi-siyasi vəziyyət müzakirə edilib, bölgədə sülhün və stabilliyin təmin edilməsi üçün ardıcıl səylərin zəruriliyi vurğulanıb, Cənubi Qafqaz regionunda humanitar sahədə vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Onlar həmçinin, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan danışıqları müzakirə ediblər.

Paylaş:
1023

Son xəbərlər

Bütün xəbərlər