İranda hicab qaydalarına əməl edilmədiyi üçün daha 2 restoran bağlandı
İranda hicab qaydalarına əməl edilmədiyi üçün daha 2 restoran möhürlənib.
1news.az APA-ya istinadən xəbər verir ki, "məcburi hicab qaydalarının" icrası istiqamətində iki restoran polis tərəfindən möhürlənib.
Restoranların “hicaba və iffətə əməl edilməməsi” səbəbi ilə möhürləndiyi bildirilib.
Qeyd olunub ki, bu iki restorana əvvəllər hicaba riayət etmədikləri üçün xəbərdarlıq edilib, lakin müştərilər və işçilər yenə də hicaba riayət etməyiblər.
Xatırladaq ki, son vaxtlar İranda "məcburi hicaba əməl etməyən qadınlarla rəftarın sərtləşdirilməsi" tədbirləri çərçivəsində ticarət və iaşə obyektləri möhürlənir. Bir neçə gün əvvəl hicab qaydalarına əməl edilmədiyi üçün Tehrandakı “Opal” alış-veriş mərkəzinin qapısı möhürlənib. Rəsmilər ticarət mərkəzinin xəbərdarlıqlara məhəl qoymadığını bildirib.