Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak edir

Qafar Ağayev17:39 - 08 / 05 / 2023
Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak edir

“Dizayn təfəkkürü vasitəsilə daha güclü, daha cəsarətli, daha yaxşı təhsil üçün öyrənmə mədəniyyətinin təkmilləşdirilməsi, dözümlülüyün formalaşdırılması və dayanıqlılığın təşviq edilməsi” devizi altında təşkil edilən Dünya Təhsil Forumu öz işinə başlayıb.

1news.az xəbər verir ki, Londonda keçirilən forum çərçivəsində 2023-cü ildə dünya təhsilinin qarşısında duran əsas çətinlik və çağırışlar, onların həlli yolları müzakirə ediləcək. Forumda həmçinin öyrənmə prosesi, insanlar, müəssisə və təhsil sistemləri arasında dözümlülüyün yaradılması məsələsinə toxunulacaq.

Sessiyalarda bilik, bacarıq, münasibət və dəyərlərin inkişafına yönələn siyasət, liderliyin əhəmiyyəti və təhsilin əsas məqsədləri üçün texnologiya dəstəyi müzakirə olunacaq.

Ümumi təhsil müzakirələrinin gündəliyində təhsilin davamlılığı, onun anlama prosesi və qlobal davamlılığa töhfə verməsi də əks olunacaq.

Qeyd edək ki, Dünya Təhsil Forumunda ölkəmizi elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Forum çərçivəsində Emin Əmrullayevin “Davamlılığın inkişafında təhsil və təhsil sistemlərinin inkişafında davamlılıq hansı rola malikdir?” adlı 7-ci plenar sessiyada çıxışı nəzərdə tutulur. Bununla yanaşı, elm və təhsil nazirinin iştirakı ilə ikitərəfli işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.

Paylaş:
309

Son xəbərlər

Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10
Bütün xəbərlər