I sinfə qəbulla əlaqədar alternativ qeydiyyat mərkəzləri açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

I sinfə qəbulla əlaqədar alternativ qeydiyyat mərkəzləri açıldı

Qafar Ağayev11:07 - 12 / 05 / 2023
I sinfə qəbulla əlaqədar alternativ qeydiyyat mərkəzləri açıldı

2023-2024-cü dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər.

Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə 136, 156, 234, Xətai rayonu üzrə 17, 165, Nizami rayonu üzrə 145, 129, Nərimanov rayonu üzrə 82, Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Suraxanı rayonu üzrə 76, 114, 279, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274, 288, Sabunçu rayonu üzrə 74, 128, 130, Səbail rayonu üzrə 163, Yasamal rayonu üzrə 18, Pirallahı rayonu üzrə isə 235 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.

Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (050-996-76-63, 050-996-36-62, 050-996-46-68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.

Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər müraciət edə bilərlər.

Paylaş:
373

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər