Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizə döyüş PUA-ları tətbiq edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizə döyüş PUA-ları tətbiq edib - FOTO

Qafar Ağayev09:18 - 18 / 05 / 2023
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizə döyüş PUA-ları tətbiq edib - FOTO

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Bu barədə 1news.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

"Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd edilib.

Paylaş:
383

Son xəbərlər

Bütün xəbərlər