Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planı hazırlanacaq
Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planının layihəsi hazırlanacaq.
1news.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planının layihəsini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Eyni zamanda Nazirlər Kabineti 6 ay müddətində elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddəti müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.