Arzu Nağıyev: “Tora düşüb casus olmamaq üçün ayıq olmaq lazımdır” | 1news.az | Xəbərlər
Siyasət

Arzu Nağıyev: “Tora düşüb casus olmamaq üçün ayıq olmaq lazımdır”

Aynurə Xudaverdiyeva13:31 - 19 / 05 / 2023
Arzu Nağıyev: “Tora düşüb casus olmamaq üçün ayıq olmaq lazımdır”

Son dövrlərdə xarici xüsusi xidmət orqanlarına işləyən vətəndaşların müəyyən edilməsi və həbsi məsələsi gündəmdədir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ard-arda keçirilən əməliyyatlar nəticəsində xeyli casus ifşa olunub. Təbii ki, bu, ilk növbədə xüsusi xidmət orqanlarının peşəkarlığıdır. Əməliyyatlar elə peşəkarcasına aparılır ki, qarşı tərəf son ana qədər bunun fərqində olmur və sirr almaq istədiyi halda, sirr verir.

Araşdırmalar nəticəsində məlum olur ki, bu cür casus dəstələrə qoşulan vətəndaşlar sözügedən qruplarla ya sosial şəbəkələrdə, ya da xarici dövlətlərdə səfərlərdə olan zaman tanış olurlar.

Məsələ ilə bağlı 1news.az-a Millət Vəkili Arzu Nağıyev açıqlama verib. Deputatın sözlərinə görə, vətəndaşlar sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmalıdırlar:

“Azərbaycanda xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat tədbiləri nəticəsində bir qrup şəxslər müəyyən olunmuş, ifşa edilmiş və həbs edilmişdir. Məlum məsələdir ki, bu əməliyyatlar peşəkarcasına həyata keçirilir, eyni zamanda çox böyük əmək tələb edən əməliyyatlardır. Bu keçirilən əməliyyatlar nəticəsində ifşa olunmuş cinayətkar şəbəkə bir daha göstərir ki, Ermənistan xüsusi xidmət orqanları özünün təxribat işlərini Azərbaycanda davam etdirir. Əsasən sosial şəbəkələr vasitəsilə məxfi əməkdaşlığa cəlb etmə prosesini həyata keçirir və üçüncü dövlətlər vasitəsilə onların ərazisində yaşayan şəxslərin vasitəsilə bu prosesləri idarə edir".

"Bunun qarşısının alınması üçün təbii ki, xüsusi xidmət orqanları, hüquq mühafizə orqanları, əsas da Dövlət Təhlükəsizlik Xidməti çox ciddi əks kəşfiyyat tədbirləri həyata keçirir" - deyə, deputat əlavə edib:

"Bunun da nəticəsi olaraq artıq bir neçə qrup və onların törətdikləri əməllər ifşa edilmiş, onların planlaşdırdıları bir sıra terror aktlarının qarşısı alınıb. Əvvəllər də xüsusi xidmət orqanları tərəfindən aparılıan əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olmuşdu ki, əsasən, Azərbaycan vətəndaşlarının cəlb edilməsi prosesi əsasən sosial şəbəkələrdə gedir. Azərbaycan vətəndaşı başa düşməlidir ki, bunlar yalançı idea, yalançı vətənpərvərlik, yalançı maddi məsələlərlə materialları əldə etməklə onları əməkdaşlığa cəlb edirlər. Ona görə də istər sosial şəbəkələrdə, istərsə də digər yerlərdə şübhəli məqamlar hiss etdikləri zaman bu haqda xidməti orqanlarına məlumat verməli və onları bu cəlbə sövq edənlərə inanmamalıdırlar. Casus dəstələrin ifşa olunmasında xüsusi xidmət orqanlarının peşəkarlığı danılmazdır. Məhz onların peşəkarlığı nəticəsində dəfələrlə bu cür cinayətkar şəbəkələr müəyyən olunub və həbs edilib. Vətəndaşları ayıq olmağa, sosial media üzərindən olan təsadüfi və şübhəli tanışlıqlarda ehtiyatlı olmağa, xaricə səfərlər zamanı təsadüfi təmaslar və tanışlıqlarda ehtiyatlı olmağa va şübhəli hallar olduqda aidiyyəti orqanlara xəbər vermələrini tövsiyyə edirik. Unutmayaq ki, bizim bir vətənimiz var və biz onu qorumalıyıq”.

Paylaş:
1045

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər