Kral III Çarlz Prezidentə təbrik məktubu ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Kral III Çarlz Prezidentə təbrik məktubu ünvanlayıb

13:30 - 20 / 05 / 2023
Kral III Çarlz Prezidentə təbrik məktubu ünvanlayıb

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim".

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər