İndoneziya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri!
Mayın 28-də qeyd olunan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Ümidvaram ki, xalqlarımız arasındakı mövcud dostluq əlaqələri daim inkişaf edərək müvafiq regionlarımızda sülhün və firavanlığın təşviqinə töhfə verəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
520