Əfqanıstanda 5,3 bal gücündə zəlzələ olub | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda 5,3 bal gücündə zəlzələ olub

14:20 - 22 / 05 / 2023
Əfqanıstanda 5,3 bal gücündə zəlzələ olub

Bu gün Əfqanıstanın şimal-şərqində Pakistanla Tacikistanın sərhədlərı yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.

1news.az xəbər verir ki, bu barədə Avropa-Sakit okean seysmologiya mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Tacikistanın İşkaşim yaşayış məntəqəsindən 35 kilometr cənub-qərbdə, ocağı isə yer səthindən 80 kilometr dərinlikdə yerləşıb.

Təbii fəlakət nəticəsində zərər çəkənlər, yaxud dağıntılar olub-olmadığı barədə hələlik məlumat verilmir. Ariana News telekanalının məlumatına görə, yeraltı təkanlar Əfqanıstanın paytaxtı Kabildə də hiss edilib.

Paylaş:
571

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər