Britaniya səfiri: Ermənistanla Azərbaycan arasında vasitəçilik səylərini dəstəkləyirik
“Biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün həm ABŞ-ın, həm də Avropa İttifaqının səylərini dəstəkləyirik”.
1news.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “BBC Azərbaycan”a müsahibəsində deyib.
Onun sözlərinə görə, tərəflər arasında danışıqların intensivliyi artıb: “Bu cür danışıqlarda etimadın qorunması vacibdir. Razılaşdırılmalı olan konkret məsələlərlə bağlı qərarların qəbulu istiqamətində irəliləyiş var. Biz vasitəçilik səylərinə böyük dəstək veririk”.
Səfir bildirib ki, sülhün davamlı olması üçün uzun illər səy göstərilməlidir: “Biz Britaniya olaraq, səy göstəririk və işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi davam edir”.
429