Azərbaycan Prezidenti: Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır

12:54 - 22 / 05 / 2023
Azərbaycan Prezidenti: Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır

"Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır".

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib.

"Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza sülh gətirəcək, uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi, 1 milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü, ərazilərimizin təxminən 20 faizi işğal altında idi və işğal edilmiş ərazilərdə demək olar bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb", - dövlət başçısı qeyd edib.

Paylaş:
326

Son xəbərlər

Bütün xəbərlər