Avropa Şurası ilə məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Avropa Şurası ilə məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

15:33 - 23 / 05 / 2023
Avropa Şurası ilə məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

Ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Xristos Cakoumoulosun başçılıq etdiyi nümayəndə heyəti Ədliyyə Nazirliyində olub.

1news.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qonaqlarla görüşən ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası ilə sıx əməkdaşlığı qeyd edərək ötən ay Strasburqa səfəri zamanı “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasının İkinci Əlavə Protokolunun imzalanmasını, Avropa Şurasının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəhbərliyi ilə məhsuldar görüşlərini xatırladıb.

Ötən il Avropa Şurasının Baş katibi ilə birgə təqdim olunmuş Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planının artıq icrasına başlanıldığını bildirən nazir Plan çərçivəsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı layihənin həyata keçirildiyini vurğulayıb.

Ədliyyə və məhkəmə sahəsində səmərəli qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə olunub, nümayəndə heyətinin geniş tərkibdə nazirliyin rəhbərliyi və aidiyyəti məsul işçiləri ilə görüşündə məhkəmə-hüquq sistemində aparılan islahatlara və yeniliklərə dair ətraflı müzakirələr aparılıb.

Nazir müavini Azər Cəfərov dövlət başçısı İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı proqram xarakterli Fərman və Sərəncamının icrası üzrə görülən tədbirlərə toxunub, qanunvericiliyin təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi, hakimlərin ən şəffaf seçimi barədə məlumat verib.

Avropa Şurasının ölkəmizlə səmərəli əməkdaşlıq etdiyini söyləyən X.Cakoumoulos Azərbaycan Prezidentinin məhkəmə-hüquq sistemi ilə bağlı qərarlarının bu sahədə fəaliyyətin təkmilləşdirilməsində əhəmiyyətini qeyd edib, Avropada maraq kəsb edən ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı görülən tədbirləri və elektron məhkəmə sisteminin tətbiqini təqdir edib, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının işində ölkəmizin töhfəsini vurğulayıb.

Söhbət zamanı birgə Fəaliyyət Planına uyğun həyata keçirilən layihə üzrə tədbirlərə toxunulub, Avropa Məhkəməsinin qərarlarının icrasında irəliləyişlər qeyd olunub.

Azərbaycanın Vətən müharibəsində Böyük Qələbəsi ilə azad edilmiş torpaqlarımızın işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün minalanmasının tamamilə dağıdılmış ərazilərimizin bərpasına və keçmiş məcburi köçkünlərin qayıdışına ciddi əngəl yaratdığı diqqətə çatdırılıb, bununla bağlı xüsusi broşür qonağa təqdim edilib.

Tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix iştirak ediblər.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Paylaş:
304

Son xəbərlər

Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21Baş prokurorluq: Sülh, insanlıq əleyhinə cinayətlər törədən Davit Babayan və Lyova Mnatsakanyan məsuliyyətə cəlb edilib30 / 09 / 2023, 15:09Ağdərədə silah-sursat və döyüş texnikası müsadirə edilib30 / 09 / 2023, 14:59Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyənləşdiriləcək30 / 09 / 2023, 14:43
Bütün xəbərlər

Next TV