Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilib

Qafar Ağayev13:53 - 24 / 05 / 2023
Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilib

24 may tarixində Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov, “Iteca Caspian” şirkətinin satış üzrə direktoru Orxan Əhmədov, “Iteca Caspian” şirkətinin layihə rəhbəri Aynurə Nəzərli, “Iteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyeva iştirak edib.

Mətbuat konfransında kütləvi informasiya vasitələrinin nümayəndələri və sərgilərin təşkilat komitəsinin üzvləri də iştirak edib.

31 may-3 iyun tarixlərində Bakı şəhəri üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 28-ci Bakı Enerji Forumu keçiriləcək. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində keçiriləcək.

Bakı Enerji Həftəsinə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) rəsmi dəstək göstərir.

Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə 37 ölkədən 326 şirkət iştirakını təsdiq etmişdir. Tədbirdə təmsil olunacaq ölkələr Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avrstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiyadır.

Bakı Enerji Həftəsinin nüfuzunu və yüksək statusunu onun sponsorlarının genişlənən tərkibi də təsdiqləyir. Baş sponsoru SOCAR olan Bakı Enerji Həftəsinin sponsorları: Abu Dhabi Port, ACWA Power, Ansaldo Energia, AZEL SYSTEMS, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, bp, Caspian Drilling Company, Caspian Marine Services, Equinor, EP Absheron, Intertek, Global Energy Azerbaijan, GL, Inpex, KOLIN Construction, MASDAR, Tekfen, Total Energies, Turkish Petroleum, Uniper, Ural Steel şirkətləridir. Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində Boston Consulting Group çıxış edir. BMW brendini təmsil edən Improtex Motors şirkəti isə forumda yeni elektrik avtomobil modelini təqdim edəcək.

Tədbirin təşkilatçısı Iteca Caspian, Caspian Event Oraganisers şirkətləri və onların beynəlxalq tərəfdaşları - ICA Events, CEM FZ LLC şirkətləridir.

Paylaş:
391

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər