“Agro Dairy” 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Agro Dairy” 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib - FOTO

10:00 - 24 / 05 / 2023
“Agro Dairy” 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib - FOTO

“Agro Dairy” MMC 17-19 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən CASPIAN AGRO - 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib.

Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirmişdir.

“Agro Dairy” MMC 2018-ci ildən etibarən Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir. Hər zaman ziyarətçilərin marağını qazanan stendimiz bu dəfə də ziyarətçi axını ilə seçilmişdir. Bu ilki sərgidə Agro Dairy-nin təqdimatının əsas mövzusu şirkətin istehsal etdiyi dənli-taxıl bitkilərinin, xüsusilə payızlıq buğda və arpanın yüksək sortluq və səpin keyfiyyətlərinə malik toxumlarının yetişdirilməsi və istehsalı sahəsində innovasiyaların və müasir texnologiyaların tətbiqi, məhsul istehsalçılarının bu innovativ yeniliklərlə tanışlığı, kənd təsərrüfatının intensiv inkişafı və bu sahələrdə fikir və təcrübə mübadiləsi aparılması, bilik və təcrübələrin bölüşülməsi olmuşdur.

Sərgidə yüksək potensial məhsuldarlığa malik 6 buğda, 2 arpa və 8 qarğıdalı çeşidlərinin toxumları yer almış və nümayiş etdirilmişdir. Regionlarda işsizliyin aradan qaldırılmasına hər zaman xusüsi diqqət yetirən “Agro Dairy” MMC bu istiqamətdə də öz səylərini və töhfələrini əsirgəməmişdir. Sərginin davam etdiyi müddətdə “Agro Dairy” ailəsinin üzvü olmaq istəyən ziyarətçilərə İnsan Resursaları departamentinin əməkdaşları tərəfindən vakansiyalar haqqında ətraflı məlumat verilmiş və maraq göstərənlərin çoxsaylı sualları cavablandırılmışdır.

Sərgi əsnasında “Agro Dairy” və “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” arasında peyk təsvirlərinin kənd təsərrüfatı sahələrinin monitorinqində istifadəsinə dair əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Bu əməkdaşlıq sayəsində peyk təsvirlərindən istifadə etməklə ölkədə kənd təsərrüfatı ərazilərinin, əkinlərin hərtərəfli inkişaf vəziyyətinin monitorinqinin aparılması və əkin ərazilərinin elektron xəritəsinin hazırlanması, həmçinin digər zəruri layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Reklam hüququnda

Paylaş:
268

Son xəbərlər

Bütün xəbərlər