Prezident mina təhlükəsi ilə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident mina təhlükəsi ilə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

14:04 - 26 / 05 / 2023
Prezident mina təhlükəsi ilə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

“Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur. Ulu Öndərin strateji baxışı, uzaqgörənliyi və müdrik siyasəti nəticəsində 25 il əvvəl Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik – ANAMA yaradılmışdır. ANAMA hazırda ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurumdur”.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirilir.

“Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər etmişdir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətində davamlı olaraq iş aparılır və son iki il ərzində bu sahədəki imkanlarımız ciddi şəkildə artmışdır. Qeyd etmək istərdim ki, minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Biz, eyni zamanda, bir sıra xarici tərəfdaşlarımızla bu sahədə səmərəli əməkdaşlıq edir və bizə dəstək göstərən ölkələrə və beynəlxalq təşkilatlara buna görə minnətdarıq. Təəssüflər olsun ki, ümumi mənzərəyə baxanda xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur”, - müraciətdə qeyd olunub.

Paylaş:
145

Son xəbərlər

İraq Prezidenti və Bəhreyn baş naziri İlham Əliyevə məktub ünvanlayıb06 / 06 / 2023, 17:52Qəbul imtahanları qaydaları pozan 17 nəfərin nəticələri ləğv olunub06 / 06 / 2023, 17:50II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib06 / 06 / 2023, 17:44Monqolustan Prezidenti Azərbaycan liderini ölkəsinə səfərə dəvət edib06 / 06 / 2023, 17:35Dominikan rəhbəri Prezident İlham Əliyevi təbrik edib06 / 06 / 2023, 17:35Lisey və gimnaziyalara ərizə qəbulu başa çatıb06 / 06 / 2023, 17:27Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib06 / 06 / 2023, 17:07Dövlət Turizm Agentliyi qastroturizm sahəsinin inkişafı ilə bağlı planlarını açıqlayıb - FOTO06 / 06 / 2023, 17:06Aİ rəsmisi İrəvanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair məsələləri müzakirə edib06 / 06 / 2023, 17:03Uçuşların səmərəliliyi və təhlükəsizliyinin artırılması: AZAL və IATA yeni memorandum imzalayıb06 / 06 / 2023, 16:48Ölkədə vaksinasiya ilə bağlı vəziyyət necədir?06 / 06 / 2023, 16:42Yoluxanların sayı açıqlandı06 / 06 / 2023, 16:40Teymur Musayev Türkiyənin səhiyyə nazirinə məktub ünvanlayıb06 / 06 / 2023, 16:32Avropa Oyunlarının medalları təqdim olunub06 / 06 / 2023, 16:24Milli Məclis iki sazişi ratifikasiya edəcək06 / 06 / 2023, 16:15Qərbi Azərbaycan İcması bəyanat yayıb06 / 06 / 2023, 16:04Türkiyədə “Uber”in fəaliyyəti qadağan edilib06 / 06 / 2023, 15:56ƏƏSMN-in satışa çıxardığı mənzillərin 200-ə yaxını satılıb06 / 06 / 2023, 15:5187 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı - VİDEO06 / 06 / 2023, 15:42Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xərclər üçün maliyyə yardımının ödənilməsi qaydası təsdiqlənib06 / 06 / 2023, 15:33
Bütün xəbərlər

Next TV