İyunun 11-də magistraturaya qəbul imtahanı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İyunun 11-də magistraturaya qəbul imtahanı keçiriləcək

Qafar Ağayev12:38 - 05 / 06 / 2023
İyunun 11-də magistraturaya qəbul imtahanı keçiriləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarına qəbul imtahanı (II cəhd) 11 iyun 2023-cü il tarixində keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən xəbərə görə, bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=145 linkinə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa bakalavr imtahana buraxılmır.

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər