Uçuşların səmərəliliyi və təhlükəsizliyinin artırılması: AZAL və IATA yeni memorandum imzalayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Uçuşların səmərəliliyi və təhlükəsizliyinin artırılması: AZAL və IATA yeni memorandum imzalayıb

Qafar Ağayev16:48 - 06 / 06 / 2023
Uçuşların səmərəliliyi və təhlükəsizliyinin artırılması: AZAL və IATA yeni memorandum imzalayıb

AZAL və “IATA Consulting” İstanbulda keçirilən IATA-nın 79-cu İllik Ümumi İclasında əməkdaşlığın strateji istiqamətlərini müəyyən edən anlaşma memorandumu imzalayıb.

1news.az xəbər verir ki, IATA Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasıdır. Əməkdaşlığın ortaq məqsədi aviasiya sənayesini təkmilləşdirmək və beynəlxalq standartlara cavab verməkdir. Bu tərəfdaşlıq AZAL-a öz proseslərini optimallaşdırmağa, fəaliyyətinin səmərəliliyini və etibarlılığını artırmağa, həmçinin Azərbaycanın hava nəqliyyatı sektorunun inkişafına töhfə verməyə imkan verəcək.

“Aviasiya BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında mühüm rol oynayır, ona görə də Azərbaycanda hava nəqliyyatı sektorunun təkmilləşdirilməsi ölkənin inkişafına müsbət təsir göstərəcək. IATA və AZAL əməkdaşlığı dünya standartlarına və qabaqcıl təcrübələrə əsaslanan sosial-iqtisadi inkişaf potensialının həyata keçirilməsinə kömək edəcək.” - deyə IATA-nın baş direktoru Uilli Uolş bildirib.

AZAL aviasiya sənayesində prosesləri təkmilləşdirməyi hədəfləyib və “IATA Consulting” ilə əməkdaşlığın əsas sahələrinə 2023-2030-cu illər arasında marşrut şəbəkəsinin və təyyarə parkının uzunmüddətli planlaşdırılması, donanmanın cari planlaşdırılmasında düzəlişlər, yanacaqdan səmərəli istifadənin təhlili və potensial qənaət daxildir.

AZAL QSC-nin birinci vitse-prezidenti Samir Rzayev öz növbəsində qeyd edib: “Biz IATA ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk və əminik ki, əməkdaşlığımız ölkənin aviasiya sənayesinin inkişafı üçün yeni imkanlar açacaq. “IATA Consulting” mütəxəssisləri hava limanlarında və aviaşirkətdə təyyarə parkının planlaşdırılması, yanacaq səmərəliliyinin artırılması, EASA uyğunluğunun təmin edilməsi və digərləri kimi proseslərin optimallaşdırılması layihələrində iştirak edəcəklər.”

Əməkdaşlıq çərçivəsində “IATA Consulting” AZAL-a EASA (Avropa Uçuş Təhlükəsizliyi Agentliyi) tələblərinin yerinə yetirilməsinə dəstək verəcək.

Bura uçuş təhlükəsizliyinin idarə edilməsi sisteminin (SMS) tətbiqi, tələblərə riayət olunmasına nəzarət və uçuşa yararlılığın saxlanmasının idarə edilməsi (CAMO) daxildir. Bundan əlavə, təşkilat təhlükəsiz və səmərəli aviadaşımaların təmin edilməsi və ölkə daxilində kommunikasiyaların yaxşılaşdırılması üçün Azərbaycanın hava məkanı strategiyasının hazırlanmasında AZANS-a dəstək göstərir.

Paylaş:
174

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:14Xankəndidə radio-televiziya yayımı bərpa olunurBu gün, 13:06SİMA İmza ilə başqasının sənin adından sənəd imzalamasının qarşısını al!Bu gün, 13:05Özbəkistanda “İpək Yolunun mirvarisi” adlı Beynəlxalq Kino Festivalı çərçivəsində “Azərbaycan kinosu günü” keçirilib - FOTOBu gün, 13:02Xəzər dənizində Azərbaycan-Qazaxıstan birgə hərbi təlimləri başlayıb - FOTOBu gün, 12:59ANAMA: Antiterror əməliyyatlarından sonra bəzi kritik ərazilərdə minatəmizləmə işləri aparılırBu gün, 12:52Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənibBu gün, 12:42II Milli Qurama Festivalı ŞəkidəBu gün, 12:32Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıbBu gün, 12:21Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibləri olduBu gün, 12:11İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıbBu gün, 12:05AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edibBu gün, 11:56Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirirBu gün, 11:52İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdikBu gün, 11:47Deputatlar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblərBu gün, 11:43Milli Məclisin iclasında Qənirə Paşayeva və Madər Musayevin xatirələri yad edilibBu gün, 11:42Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİBBu gün, 11:37Prezident: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edirBu gün, 11:30Milli Dram Teatrı oktyabr repertuarını açıqlayıbBu gün, 11:28Prezident: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edirBu gün, 11:13
Bütün xəbərlər

Next TV