Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Qafar Ağayev16:58 - 08 / 06 / 2023
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə əlavə qatar reysləri təyin edib.

Bu barədə 1news.az-a ADY-dən bildirilib.

Belə ki, 10 iyun tarixində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. 11 iyun tarixində isə saat 16:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 21:25-də çatacaq.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, əks istiqamətdə saat 17:10-da Bakıya yola düşən qatar isə saat 22:05-də mənzil başına çatır.

Paylaş:
281

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər