Magistraturaya qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda təşkil olunacaq
Magistraturaya qəbul imtahanı (II cəhd) respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 binada təşkil olunacaq.
Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, qəbul imtahanı Bakıda 51, Sumqayıtda 5, Gəncədə 5, Naxçıvanda 2, Abşeronda 3, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 12934, Naxçıvanda 463, Gəncədə 1323, Sumqayıtda 1317, Abşeron 742, Mingəçevirdə 560, Lənkəranda 366 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 71 ümumi imtahan rəhbəri, 204 imtahan rəhbəri, 1628 nəzarətçi-müəllim, 244 buraxılış rejimi əməkdaşı (mühafizə), 71 bina nümayəndəsi cəlb olunacaq.
Xatırladaq ki, DİM mayın 11-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı qəbul imtahanı (II cəhd) keçirəcək.