AzMİU-da Tələbə Təhsil Krediti ilə bağlı mexanizm mərkəzləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

AzMİU-da Tələbə Təhsil Krediti ilə bağlı mexanizm mərkəzləşdirilib

Qafar Ağayev15:13 - 21 / 06 / 2023
AzMİU-da Tələbə Təhsil Krediti ilə bağlı mexanizm mərkəzləşdirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) üzrə 2021-ci ildən bu gün qədər 2 tədris ilində cəmi bakalavr və magistratura səviyyələri daxil olmaqla 653 tələbə Təhsil Tələbə Kreditinə (TTK) müraciət edib.

Bunu 1news.az-a açıqlamasında AzMİU-nun Tədris şöbəsinin müdiri Səlmi Əliyeva deyib.
Onun sözlərinə görə, onlardan 486 nəfəri təsdiq cavabı alıb, 242 nəfəri isə öz məlumatlarını düzgün daxil etmədiyinə görə qeydiyyatdan keçməyib.

Şöbə müdiri bildirib ki, həmçinin 33 nəfərə imtina verilib və 9 nəfərin sənədi geri qaytarılıb: "Qeydiyyatdan keçən 486 tələbədən 228-i sosial, 258-i isə standart kredit alıb. Fakültələr üzrə analiz aparsaq, Memarlıq fakültəsindən 49, İnşaat fakültəsindən 62, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültsindən 74, Nəqliyyat fakültəsindən 48, Tikinti-iqtisad fakültəsindən 202, Mexanika və informasiya texnologiyaları fakültəsindən isə 51 tələbə kredit almaq hüququ qazanıb".

S.Əliyeva əlavə edib ki, AzMİU-da TTK ilə bağlı mexanizm mərkəzləşdirilib: "Tələbələr e-ttkf.edu.az portalına daxil olur, daxil etdiyi təhsil məlumatları fakültə tyutorları tərəfindən yoxlanılır və universitetin Tədris şöbəsinə yönləndirilir. Daha sonra bizim tərəfimizdən dəqiqləşdirilərək təsdiq olunur. Sistem tələbənin və valideynlərinin şəxsiyyət vəsiqələrinin FİN kodları əsasında müvafiq bazalarda axtarış edərək, sosial statuslarının olmasını yoxlayır. Emal nəticələri şərtlərə uyğun gəldikdə, tələbənin razılığı alınaraq müvəkkil banka məlumat ötürülür. Tələbə ilə müvəkkil bank arasında onlayn kredit rəsmiləşməsi baş tutur və təhsilhaqqı təhsil müəssisəsinə köçürülür".

Paylaş:
1190

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər