Ceyhun Bayramov Albaniyanın XİN başçısı ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Albaniyanın XİN başçısı ilə görüşüb

Qafar Ağayev16:04 - 21 / 06 / 2023
Ceyhun Bayramov Albaniyanın XİN başçısı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın xarici işlər naziri Olta Xhaçka ilə görüşüb.

1news.az-ın məlumatına görə, bu barədə nazir öz "Twitter" hesabında qeyd edib.

"Hörmətli həmkarım və dostumla - Albaniyanın xarici işlər naziri Olta Xhaçka ilə Ukraynanın bərpası ilə bağlı konfrans çərçivəsində görüşməkdən məmnunam. Bizim Azərbaycan- Albaniya ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini nəzərdən keçirmək və onun inkişaf perspektivləri haqqında ətraflı danışmaq şansımız oldu", - deyə nazir qeyd edib.

Paylaş:
556

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35

Çində güclü zəlzələ olub

04 / 12 / 2025, 12:52
Bütün xəbərlər