Əli Əhmədov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun müavini ilə görüşdü
Azərbaycanla Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bu barədə 1news.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyunun 24-də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun müavini Hasan Kleyb ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında uğurlu tərəfdaşlığın inkişafından məmnunluq ifadə olundu.
Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan ardıcıl islahatlar barədə məlumat verildi. Dövlət başçısı tərəfindən iqtisadiyyatın davamlı inkişafının, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun başlıca strateji məqsədlərdən biri kimi müəyyənləşdirildiyi vurğulandı.
Görüş əsnasında həmçinin ölkəmizlə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.