Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri ermənilər tərəfindən atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri ermənilər tərəfindən atəşə tutulub

Qafar Ağayev12:27 - 24 / 06 / 2023
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri ermənilər tərəfindən atəşə tutulub

İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb" - deyə, məlumatda qeyd olunub.

Paylaş:
280

Son xəbərlər

Bütün xəbərlər