Yasamalda bu yol təmirlə bağlı bağlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda bu yol təmirlə bağlı bağlanacaq

Qafar Ağayev14:07 - 25 / 06 / 2023
Yasamalda bu yol təmirlə bağlı bağlanacaq

25 iyun saat 23:00-dan 27 iyun saat 20:00-dək Bakı şəhəri, Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər