Paşinyandan etiraf: Müharibə zamanı bir sıra silahların istifadə hüquqi Ermənistanda deyildi | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyandan etiraf: Müharibə zamanı bir sıra silahların istifadə hüquqi Ermənistanda deyildi

12:19 - 27 / 06 / 2023
Paşinyandan etiraf: Müharibə zamanı bir sıra silahların istifadə hüquqi Ermənistanda deyildi

Müharibə zamanı bir sıra silahların istifadə hüququ tam olaraq Ermənistanın əlində deyildi.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının növbəti iclasında bildirib.

Baş nazir bu gün keçirilən iclasın qapalı hissəsində Ermənistan Silahlı Qüvvələrinin arsenalında olan həmin silahlar barədə ətraflı məlumat verəcəyini vəd edib. Bu silahların Rusiya istehsalı olan “İskəndər-M” əməliyyat-taktiki raket kompleksi olub-olmaması ilə bağlı suala Paşinyan cavab verib ki, görüşün qapalı hissəsində detallara toxunacaq.

Xatırladaq ki, 2020-ci ilin noyabrında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan müharibənin son günlərində “İsgəndər-M” sistemlərindən istifadə olunduğunu bəyan etməsi ilə diqqət mərkəzinə düşmüşdü.

Paylaş:
1408

Son xəbərlər

Bütün xəbərlər