Azərbaycan parlamentinin nümayəndə heyəti Rusiyaya səfər edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan parlamentinin nümayəndə heyəti Rusiyaya səfər edəcək

Qafar Ağayev09:43 - 04 / 07 / 2023
Azərbaycan parlamentinin nümayəndə heyəti Rusiyaya səfər edəcək

Milli Məclis (MM) sədrinin birinci müavini, MM və Rusiya Federal Məclisi Parlamentlərarası əməkdaşlıq komissiyasının (PƏK) həmsədri Əli Hüseynli, deputatlar Emin Hacıyev, Azər Badamov və Elnur Allahverdiyev Parlamentlərarası əməkdaşlıq komissiyasının 19-cu iclasında iştirak etmək üçün iyulun 5-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcəklər.

Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasın gündəliyinə uyğun olaraq, Parlamentlərarası əməkdaşlıq komissiyasının Rusiya tərəfindən olan nümayəndə heyətinin tərkibində dəyişiklik, parlamentlərarası əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri, Azərbaycan və Rusiya arasında sərhədyanı ərazilərdə, nəqliyyat-logistika sahəsində, habelə elmi-texniki sahədə əməkdaşlıq, PƏK-in 20-ci yubiley iclası barədə məsələlər müzakirə olunacaq.

Səfər iyulun 7-də başa çatacaq.

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər