“Bir xanımın adını tualetə yazmaq axmaq bir işdir” – Kaktuslara, divarlara həkk olunan “sevgi”lər – ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bir xanımın adını tualetə yazmaq axmaq bir işdir” – Kaktuslara, divarlara həkk olunan “sevgi”lər – ŞƏRH

Ayşən İsmayılova17:01 - 05 / 07 / 2023
“Bir xanımın adını tualetə yazmaq axmaq bir işdir” – Kaktuslara, divarlara həkk olunan “sevgi”lər – ŞƏRH

21-ci əsrin sevgiləri də bir başqadır.

Artıq sevdiyi üçün Kərəm olub yanan Mahmudların, Məcnuna dönüb səhralara düşən Qeyslərin yerini modern aşiqlər tutmağa başlayıb. Onlar isə sevgilərini ölümsüzləşdirmək üçün dağları dəlmək yerinə gördükləri hər yerə özlərinin və sevgililərinin adını yazırlar. Bu sadist sevginin qurbanları isə divarlar, oturacaqlar, tarixi abidələr, ağaclar və kaktuslar olur.

Hətta iş o yerə gəlib çıxıb ki, kişilər tualetinin divarları belə qadın adları ilə dolub daşmağa başlayıb. Maraqlıdır, görəsən, həmin qadınlar adlarının tualet divarlarına həkk olunduğunu və hər gün tanımadıqları insanlar tərəfindən oxunduğunu bilsəydilər, nə düşünərdilər?

Dənizkənarı Milli Park ərazisindəki dekorativ bitkilərin başına gətirilən son hadisə isə onu göstərdi ki, bu cür davranışı təkcə yeniyetmələr və gənclər yox, yetkin insanlar belə nümayiş etdirirlər.

İnsanların belə şüursuz davranmasının səbəbi nədir? Niyə gözəl olan şeyləri korlamağa bu qədər meyil edilir? Adları dağa-daşa yazmağın mənası nədir?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Sosioloq Əhməd Qəşəmoğlu bunun primitiv düşüncədən irəli gəldiyini söyləyib:

“Burada ağıllı bir düşüncə yoxdur. Oturacaqların üzərinə kim üstəgəl kim, “A+M”, “N+K”, “mən səni sevirəm” kimi şit-şit şeylər yazıb gəzinti yerlərini korlayırlar. Hansısa bir xanımın adını tualetə yazmaq axmaq bir işdir. Mən oturacaqlarda da belə yazıları görürəm və əsəbiləşirəm. Kimsə nə vaxtsa ağaca adını yazır, 5 il sonra oradan keçəndə deyir ki, mən 5 il əvvəl burada olmuşam. Buradan haçansa keçmisən, lap yaxşı, amma bu o demək deyil ki, onu korlamalısan”.

Sosioloq problemin həlli üçün atılmalı olan addımlardan da bəhs edib:

“Bizdə bu istiqamətdə maariflənmə işləri arzuolunan səviyyədə deyil. İnsan məktəb vaxtından bilməlidir ki, bu cür hərəkətlər ölkənin nüfuzuna da xələl gətirir. Xarici ölkə vətəndaşları da gəlib görəndə ki, oturacaqlar yazıq-yazıqdır, başa düşəcəklər ki, bizim gənclərimizdə bu istiqamətdə lazımi davranışlar hələ yoxdur. Orta məktəblərdə “ey, gedib heç yanı yazmayın” demək yox, şagirdlərlə birlikdə düşünülmüş bir ssenari əsasında maarifləndirmək lazımdır.

Bu istiqamətdə maarifləndirmə işləri ilə bərabər cəzalandırma işləri də aparılmalıdır. Azərbaycanda nəyisə yalnız maarifləndirmə ilə həll etmək, ciddi uğura nail olmaq mümkün deyil. Gərək bir tərəfdən maarifləndirəsən, bir tərəfdən də cəzalandırasan. Bunun başqa bir yolu yoxdur.

Həmçinin, bu cür yerlərə kameralar qoyulmalı, sərt cəza tədbiri görülməlidir. Küçədə kimsə bilmədən bir iş görəndə onu cəzalandırırlar, amma kimsə bilə-bilə bir iş görəndə cəzalandırılmırlar”.

Psixoloq Gülnar Orucova isə modern Məcnunların bu cür davranışlarının sevgilərini ölümsüzləşdirmək istəməsindən qaynaqlandığını deyib:

“Hər bir insan fərqli psixologiyaya sahibdir. Sevgini hər bir insan bir cür qavrayır. Bəziləri sevgini ilahiləşdirmək, ölümsüzləşdirmək məqsədilə adlarını müxtəlif yerlərə yazırlar. Bunu əvvəllər divarlara, son zamanlar isə tualetlərə, bitkilərin üzərinə, skamyalara, hətta öz bədənlərinə belə yazırlar. Bunu edən insanların özlərinə güvəni aşağı olur. Bir insan səni sevə bilər, ayrıla və başqası ilə birlikdə ola bilər. Sənin beynin bunların hər birini qəbul etməlidir. Əgər qəbul edə bilmirsə, onu vizual olaraq ölümsüzləşdirməyə, müxtəlif yerlərə yazaraq xatirəyə çevirməyə başlayır”.

Psixoloq bunu xüsusən qadınların etdiyini qeyd edib:

“Onlar emosional olduqları üçün sevgini görməyə meyilli olurlar. Qadınlar hər zaman sevildiklərindən əmin olmaq istəyirlər. Buna görə də onlar sübut etmək üçün belə yazılar yazırlar. Keçmişdə xatirə dəftərləri vardı. Bu tip yazılar dəftərlərə də yazılırdı. Amma bu sadəcə dəftərdə qalırdı. İndi isə hər yerdə görə bilirik. Bu sevgiyə düzgün olmayan baxış tərzindən irəli gələn bir duyğudur".

G.Orucova insanların ətrafı çirkləndirməsi məsələsinə də toxunub:

“İnsanlar zibili maşından və pəncərədən yerə atırlar. Digər dövlətlərdə yeri zibilləyənlər cərimə olunurlar. Bizim insanlar ancaq “evimizin və maşınımın içi təmiz olsun” deyirlər. Mənim yaşadığım ölkə, rayon təmiz olsun deyə bir düşüncələri yoxdur. Belə insanların təmizliyi natamamdır. Onlar dərindən düşünmürlər”.

O, son olaraq, bu cür hallar yaşanmasının qarşısının alınmasından bəhs edib:

“İnsanlar aşağı yaşdan etibarən - bağçadan, məktəbdən psixoloji dərslərə, təlimlərə cəlb edilməlidirlər ki, sonradan bu cür problemlər çıxmasın. Bəzən elə şeyləri çəkib paylaşırlar ki... Qırıb-dağıtdıqları əşyaları, zərər vurduqları təbiəti çəkib paylaşmaq bu cür halların daha da çoxalmasına şərait yaradır. İnsan beyni gördüyünü düzgün qəbul edir. Bu baxımdan, bu cür hallar görürüksə, hökmən hüquq-mühafizə orqanlarına müraciət etməliyik. Belə insanlar cəzalandırılmalıdır ki, digərlərinə də dərs olsun. Bilsinlər ki, bunu etmək olmaz”.

Paylaş:
3935

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər