“Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır” | 1news.az | Xəbərlər
Dünya

“Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır”

14:11 - 10 / 07 / 2023
“Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır”

“Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır”.

1news.az Report-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu barədə sammitdə də lazımi mesajlar verəcək: “Xalqımızın bizdən gözləntisi var. Siz bizim ittifaqa gedən yolumuzu açın ki, biz də İsveçin üzvlüyünü təsdiqləyək”.

Qeyd edək ki, sammit sabah, iyulun 11-də başlayacaq və 2 gün davam edəcək.

Toplantıda müzakirə ediləcək əsas mövzular Ukraynadakı müharibə və İsveçin Alyansa üzvlüyü olacaq.

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər