Bayden NATO-nun Baş katibini tərifləyib | 1news.az | Xəbərlər
Dünya

Bayden NATO-nun Baş katibini tərifləyib

14:55 - 11 / 07 / 2023
Bayden NATO-nun Baş katibini tərifləyib

ABŞ Prezidenti Cozef Bayden NATO-nun Baş katibi Yens Stoltenberqi tərifləyib.

1news.az Report-a istinadla xəbər verir ki, o, Alyansın Vilnüsdə keçirilən sammiti çərçivəsində Y.Stoltenberqlə görüşüb.

ABŞ liderinin sözlərinə görə, nə qədər ki, Y. Stoltenberq Alyansın rəhbəridir, Rusiya NATO-ya qalib gələ bilməz.

Qeyd edək ki, Y.Stoltenberqin səlahiyyət müddəti 2023-cü il sentyabrın 30-da başa çatır. İyulun 4-də onun vəzifədə qalma müddəti 2024-cü il oktyabrın 1-dək uzadılıb.

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər