Azərbaycan bu il bu qədər neft hasil edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan bu il bu qədər neft hasil edib

09:49 - 12 / 07 / 2023
Azərbaycan bu il bu qədər neft hasil edib

Bu ilin 6 ayında Azərbaycanda neft-kondensat hasilatı 15,2 mln. ton, ixracı isə 12,7 mln. ton olub.

1news.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

Xatirladaq ki, ötən il qeyd olunan göstəricilər müvafiq olaraq 16,5 mln. ton və 13,4 mln. ton səviyyəsində olub.

Paylaşıma əsasən, hesabat dövründə 3% artımla hasil edilmiş 24,1 mlrd. kubmetr qazın 12 mlrd. kubmetri ixrac olunub.

“Bu ilin 6 ayında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 15,2 mln. ton, ixracı isə 12,7 mln. ton olub. Bu dövrdə 3% artımla hasil edilmiş 24,1 mlrd.m3 qazın 12 mlrd.m3-i ixrac olunub”, - paylaşımda qeyd olunur.

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər