Ərdoğan: “İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses davam edir” | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: “İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses davam edir”

14:15 - 13 / 07 / 2023
Ərdoğan: “İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses davam edir”

“İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses davam edir”.

1news.az Report-a istinadən xəbər verir ki, bunu iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, toplantı zamanı bu məsələ müzakirə olunub: “Mövqeyimiz məlumdur. Siyasətimizi davam etdirəcəyik. İsveçin NATO-ya üzvlüyünü Türkiyə Böyük Millət Məclisi təsdiqləyəcək”.

Ərdoğan söyləyib ki, rəsmi Ankara öz mənfəətlərinə uyğun addımlar atacaq.

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər