Xudayar Yusifzadənin anası oğlunun şəhid olduğu yerə gedib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xudayar Yusifzadənin anası oğlunun şəhid olduğu yerə gedib - VİDEO

12:12 - 15 / 07 / 2023
Xudayar Yusifzadənin anası oğlunun şəhid olduğu yerə gedib - VİDEO

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin doğum günüdür.

1news.az “Report”a istinadən xəbər verir ki, anası Radə Qurbanova onun doğum günü ərəfəsində Xudayarın şəhid olduğu torpaqlarda olub.

Q.Qurbanova Zəngilanın onun üçün çox doğma olduğunu söyləyib:

"Çünki mənim balamın son nəfəsi bu torpaqda alınıb. Mənfur düşmənin hücumu nəticəsində şəhid olub. Xudayar həmişə özünü hərbçi kimi görürdü. Döyüş başlayanda ona dedim ki, narahatam. Mənə soyuqqanlı şəkildə dedi ki, narahat olma".

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin Vətən müharibəsi zamanı oxuduğu “Vətən yaxşıdır” təsnifi ilə məşhurlaşıb.

Paylaş:
808

Son xəbərlər

Bütün xəbərlər