“Uzun müddət heyvanlarla birlikdə olanda belə hərəkətlərin olması mümkündür, amma...” – 8 yaşlı uşağın davranışı ilə bağlı psixoloqdan ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

“Uzun müddət heyvanlarla birlikdə olanda belə hərəkətlərin olması mümkündür, amma...” – 8 yaşlı uşağın davranışı ilə bağlı psixoloqdan ŞƏRH

Ayşən İsmayılova17:50 - 18 / 07 / 2023
“Uzun müddət heyvanlarla birlikdə olanda belə hərəkətlərin olması mümkündür, amma...” – 8 yaşlı uşağın davranışı ilə bağlı psixoloqdan ŞƏRH

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə itin hücumuna məruz qalan 8 yaşlı uşaqla bağlı silsilə xəbərlər yayılır.

Uşağın itlərin yemək yeməsini xatırladan bir formada davranması, TƏBİB-in açıqlaması kimi xəbərlərdən sonra balaca oğlanın anasının iddialara cavab olaraq “həmin əlamətlər quduzluqla əlaqəli deyil. O, uşaqlıqdan qabdan yeməyi o cür yeyir” deməsi insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Bəs uşağın bu cür davranması quduzluqla bağlıdır yoxsa, psixoloji səbəblərlə?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan psixoloq Gülnar Orucova fikir ayrılıqlarına səbəb video ilə bağlı bu sözləri deyib:

“Uşağın tərbiyəsində genetika, mühit və ailənin böyük rolu var. Bizim mühitimizdə necə insanlar varsa, özümüz də bilmədən həmin insanların etdiyi hərəkəti edirik. Yəni bir oxşarlıq yaranır.

Düzdür, heyvanları sevmək lazımdır. Bir psixoloq olaraq uşaqlara mərhəmət duyğusunun aşılanmasında heyvan saxlamağın, heyvanlara yem verməyin çox böyük rolu olduğunu söyləyən insanlardan biriyəm. Amma bəzən heyvanlarla o qədər iç-içə oluruq, evimizdə o qədər heyvan böyüdürük ki, artıq uşaqlarımız heyvanın etdiyi bəzi hərəkətləri öz davranışlarına köçürür. Bəzən olur ki, uşaq pişiyin qabı yalamasına baxıb eyni hərəkəti təkrar etməyə başlayır. Bundan əlavə uşaqlar cizgi filmlərdə bəzi hərəkətləri görüb təkrarlayırlar. “Spiderman”, “Batman” kimi cizgi filmlərində qəhramanlar uçurdu. Uşaqlar da özlərini aşağı atır, özlərinə həmin paltarları aldırıb geyinir və özlərini həmin cizgi filmin qəhrəmanı hesab edirdilər.

Uşaqların təxəyyülü həddindən artıq yüksək olur. Onlar gördüklərini öz davranışlarına köçürə bilirlər. Bəzən bizə elə gəlir ki, uşaqlar bizi görmür, eşitmir, hiss etmir. Lakin uşaqlar bizim danışdıqlarımızı dərk edir. Uzun bir zaman keçəndən sonra görürük ki, uşaq bunu dərk edib”.

G.Orucova uşağın belə hərəkət etməsinin səbəbinin heyvanlarla təmas ilə bağlı ola biləcəyini qeyd edib:

“Uzun müddət heyvanlarla birlikdə olanda artıq belə hərəkətlərin olması mümkündür, amma bu doğru da deyil. Niyə doğru deyil? Çünki uşaq öz yaşının xüsusiyyətlərini daşımalıdır. O yaşda uşağın belə hərəkətlər etməsi normal deyil. Mütləq psixoloqa müraciət olunmalıdır. Həmin jurnalistin uşağa o cür suallar verməsi də doğru deyildi. Çünki uşaq artıq bir travma alıb. O cür suallar vermək uşaqda yaranmış qorxunu daha da böyüdəcək”.

Psixoloq son olaraq balaca oğlanın bu cür davranışlarını sonlandırmaq üçün psixoloq dəstəyinə ehtiyacı olduğunu vurğulayıb və valideynləri heyvanlarla kontaktda diqqətli olmağa səsləyib:

“Bu davranış pozuntusudur və psixoloqa müraciət olunmalıdır. Ancaq ilk növbədə quduzluğa qarşı vaksin vurulmalıdır. Çünki son dönəmdə görürəm ki, quduzluğa qarşı vurulan vaksinlərin bəziləri effektiv olmur. Hətta dünyasını dəyişənlər də olur. Bir müddət öncə də bir ana it dişləməsi nəticəsində ölmüşdü.

Heyvanları sevmək olar, amma onlarla bərabər yaşamaq... Məlumdur ki, it-pişiyin tükü qaraciyərdə qurd yaradır ki, o da qaraciyəri bütövlükdə məhv edə bilir. Ona görə də uşaqlara heyvanları sevməyi, mərhəmət göstərməyi öyrətməklə yanaşı, onlardan gələn təhlükəni də anlatmaq lazımdır. Bəzən insanlar heyvanları o qədər aqressivləşdirirlər ki, heyvanlar onlara hücum edir”.

Paylaş:
1153

Son xəbərlər

Bakıda marşrut xətlərinə əlavə 170 avtobus cəlb ediləcəkBu gün, 17:46“Boeing 787 Dreamliner” təyyarəsində “pilot” ola bilərsiniz - Simulyator ilk dəfə Bakıda - FOTOBu gün, 17:34Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 17:25“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi davam edir - VİDEOBu gün, 17:07Ceyhun Bayramov Əlcəzairin yeni səfirini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıbBu gün, 16:59COP 29 çərçivəsində Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət Nazirlərinin görüşü keçirilibBu gün, 16:45AzInTelecom “Chain Reaction 2024” tədbirində iştirak edib - FOTOBu gün, 16:31Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ikinci tirajı yekunlaşdıBu gün, 16:11Azərbaycanda 10 min nəfər “4Sİ Akademiyası” çərçivəsində ödənişsiz kurslardan yararlanıbBu gün, 16:02“Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb - VİDEOBu gün, 15:54Azərbaycana diş implantlarının bəyan edilmədən gətirilməsinin qarşısı alınıbBu gün, 15:39“INMerge” Innovasiya Sammitına 1 ay qaldı!Bu gün, 15:27COP29-la əlaqəli “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya başlanılıbBu gün, 14:59Azərbaycanın sərhədlərində gözləyən yük avtomobillərinin sayı açıqlandıBu gün, 14:51Səhiyyə Nazirliyi Ağdərə rayonunda əhali üçün səyyar müayinələr təşkil edibBu gün, 14:27AFFA nümayəndəsi UEFA-dan təyinat alıbBu gün, 14:14Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 14:07Nöqsanlara görə işdən çıxarılan bağça müdirlərinin sayı açıqlanıbBu gün, 13:49Ceyhun Bayramov Ermənistanla sülhə təhdid törədən əsas amilləri Lüksemburq XİN rəhbərinin diqqətinə çatdırıbBu gün, 13:28FHN: Ötən sutka ərzində 72 halda yanğına çıxış olubBu gün, 13:13
Bütün xəbərlər