Ötən il ilə müqayisədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə KİV-lərdən daxil olan müraciətlərin sayı azalıb
“Bu müddət ərzində kütləvi informasiya vssitələrindən komitəyə 115 müraciət daxil olub”.
1news.az xəbər verir ki bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqində deyib.
“Televiziyalardan 73, saytlardan 33, radiolardan 9 müraciət daxil olub. Biz ən müxtəlif mövzularda sualları cavablandırmışıq. Düşünürəm ki, bunun özü də çox yaxşı operativ bir mexanizmdir. Amma ötən illə müqayisədə kütləvi informasiya vasitələrindən daxil olan müraciətlərin sayında 36% azalıb. Bunun da səbəbi əgər mətbuat nümayəndələri əvvəllər bütün məsələlər üçün müraciət edirdilərsə, artıq keçirilən təlimlər nəticəsində məsələlərin aidiyyəti üzrə qurumlara yönləndirilməsi səbəbindən komitəyə edilən müraciətlərin sayı azalıb”.