Paşinyan Azərbaycanla normallaşma prosesində Rusiyanın fəallığının azaldığını bildirib | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan Azərbaycanla normallaşma prosesində Rusiyanın fəallığının azaldığını bildirib

16:31 - 25 / 07 / 2023
Paşinyan Azərbaycanla normallaşma prosesində Rusiyanın fəallığının azaldığını bildirib

Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Rusiya tərəfinin fəallığı obyektiv səbəblərdən azalıb.

1news.az Report-a istinadla xəbər verir ki, Paşinyan bu gün keçirdiyi brifinqdə buna səbəb kimi Ukrayna müharibəsini göstərib.

O, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin son səfəri zamanı yeni təkliflərlə çıxış etmədiyini bildirib.

Bununla belə, Paşinyan danışıqların lazım olduğuna diqqət çəkib.

Eyni zamanda, o, Avropa və ABŞ-ın bu məsələdə fəal olduqlarını əlavə edib. Paşinyan onların prosesə verdikləri töhfələri yüksək qiymətləndirib.

Paylaş:
1434

Son xəbərlər

Bütün xəbərlər