Məşhur aktyor vəfat etdi | 1news.az | Xəbərlər
Dünya

Məşhur aktyor vəfat etdi

09:36 - 26 / 07 / 2023
Məşhur aktyor vəfat etdi

Türkiyənin teatr, kino və serial aktyoru, şair, dramaturq və teatr rejissoru Yılmaz Qruda dünyasını dəyişib.

1news.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

94 yaşında dünyasını dəyişən ustad aktyor bir müddətdir ki, səhhətində yaranan problemlərə görə müalicə alırdı.

Qeyd edək ki, aktyor "Yabancı Damat", "İşler Güçler", "Kavak Yelleri" kimi məşhur seriallarda yadda qalan obrazlar yaradıb.

Paylaş:
1292

Son xəbərlər

Bütün xəbərlər