Tonoyan 44 günlük müharibə vaxtı orduda baş vermiş fərarilik hallarından danışıb | 1news.az | Xəbərlər
Dünya

Tonoyan 44 günlük müharibə vaxtı orduda baş vermiş fərarilik hallarından danışıb

15:30 - 01 / 08 / 2023
Tonoyan 44 günlük müharibə vaxtı orduda baş vermiş fərarilik hallarından danışıb

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan 44 günlük müharibə vaxtı orduda baş vermiş fərarilik hallarından danışıb.

1news.az Report-a istinadla xəbər verir ki, Tonoyan bu məsələyə bu gün 44 günlük müharibəni araşdıran komissiyanın Ermənistan parlamentində keçirilən iclasında izahat verən zaman toxunub.

Onun sözlərinə görə, baş verən bu cür hadisələrin səbəbləri qorxu və səfərbərlik zamanı çatışmazlıqlar olub, çünki kifayət qədər ağır şəraitdə hərəkət etmək məcburiyyəti olub.

Tonoyan Ermənistandakı “beşinci kolon” məsələsinə toxunaraq deyib ki, bu barədə faktlar varsa, ictimaiyyətə təqdim olunmalıdır və onun özü şəxsən həmin faktları səbirsizliklə gözləyir.

Paylaş:
1213

Son xəbərlər

Bütün xəbərlər