Hakan Fidan Bağdada səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun ikinci yarısında Bağdada səfər edəcək.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Macarıstanda həmkarı Peter Siyarto ilə görüşən Türkiyə XİN başçısının növbəti səfər edəcəyi ölkə İraq olacaq.
İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əl-Səhaf Hakan Fidanın səfəri ilə bağlı açıqlama verib. Baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseynin bu yaxınlarda Türkiyənin İraqdakı səfiri Əli Rza Güneyi qəbul etdiyini bildirən Əl-Səhaf bu görüşdə Bağdad və Ankara arasında əməkdaşlıq məsələlərinin nəzərdən keçirildiyini bildirib.
522