Kamal Kılıçdaroğlu qəzaya düşdü - Yaralılar var | 1news.az | Xəbərlər
Dünya

Kamal Kılıçdaroğlu qəzaya düşdü - Yaralılar var

16:49 - 05 / 08 / 2023
Kamal Kılıçdaroğlu qəzaya düşdü - Yaralılar var

Türkiyədə, Ərzincan-Tunceli yolunda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun maşın karvanında 7 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

1news.az "Haberler.com"a istinadən xəbər verir ki, jurnalistlərin olduğu mikroavtobusun toqquşması nəticəsində 2-si jurnalist olmaqla 4 nəfər xəsarət alıb.

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu vətəndaşlarla görüşmək üçün bu gün Ərzincana səfərə gedib.

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər