İsveçin Livandakı səfirliyinin binasına hücum olub
İsveçin Livandakı səfirliyinin binasına hücum olub.
1news.az xəbər verir ki, məlumatı xarici KİV yayıb.
Bildirilib ki, naməlum şəxslər tərəfindən səfirliyin binasının qarşısına partlayıcı maddə atılıb.
Amma hər hansı partlayış baş verməyib. İnsident zamanı xəsarət alan da olmayıb.
Livanın Xarici İşlər Nazirliyindən bildirilib ki, son həftələrdə İsveçin ölkədəki səfirliyinin təhlükəsizlik tədbirləri gücləndirilib.
Livan polisi bu hücumun İsveçdə Qurani-Kərimin yandırılması ilə əlaqəli olduğunu ehtimal edir.
586