AZAL Moldovanın paytaxtına biletlərin satışını açıq elan edir | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Moldovanın paytaxtına biletlərin satışını açıq elan edir

Qafar Ağayev16:18 - 17 / 08 / 2023
AZAL Moldovanın paytaxtına biletlərin satışını açıq elan edir

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Moldovanın paytaxtı Kişineu şəhərinə biletlərin satışına başlayıb.

1news.az xəbər verir ki, bu istiqamətdə uçuşlar sentyabrın 15-dən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Əlverişli uçuş cədvəli sayəsində sərnişinlər səyahətləri üçün ən yaxşı vaxtı seçə biləcəklər.

Kişineuya reyslərə biletləri “Azərbaycan Hava Yolları”nın internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Qeyd edək ki, Moldovanın paytaxtı zəngin tarixi, mədəni irsi və gözəl memarlığı ilə tanınır.

Paylaş:
459

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər