Prezidentin köməkçisi: “Sülhün yaradılması üçün konkret detalların müzakirəsinə başlamaq lazımdır” | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin köməkçisi: “Sülhün yaradılması üçün konkret detalların müzakirəsinə başlamaq lazımdır”

Qafar Ağayev11:23 - 17 / 08 / 2023
Prezidentin köməkçisi: “Sülhün yaradılması üçün konkret detalların müzakirəsinə başlamaq lazımdır”

“Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün yaradılması üçün konkret detalların müzakirəsinə başlamaq lazımdır”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “X” sosial şəbəkəsində yazıb.

“Dünya ictimaiyyətinin yekdil rəyi ondan ibarətdir ki, tamaşalar göstərməkdənsə, Azərbaycan və Ermənistan arasında uzunmüddətli dayanıqlı sülhün konkret detallarının müzakirəsinə keçməyin vaxtı çoxdan çatıb. Bunun üçün artıq bütün ilkin şərtlər var”, - paylaşımda qeyd edilib.

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər