AFFA bir neçə klubu cərimə edib - SİYAHI | 1news.az | Xəbərlər
Futbol

AFFA bir neçə klubu cərimə edib - SİYAHI

Qafar Ağayev12:21 - 17 / 08 / 2023
AFFA bir neçə klubu cərimə edib - SİYAHI

AFFA İntizam Komitəsinin iclası keçirilib.

1news.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının II turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Araz-Naxçıvan”–“Qəbələ” qarşılaşmasında (2:0) qonaqların hücumçusu Ülvi İsgəndərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, bölgə klubu 2 000 manat cərimə edilib.

“Neftçi”–“Səbail” oyununda (1:1) “dənizçilər” 2-ci hissəyə gec çıxdığına görə 1500 manat ziyana düşüb.

“Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimələnib.

Bundan başqa, qonaq komandanın baş məşqçisinin köməkçisi Elmir Xankişiyev meydançaya kənar əşya atdığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

Həmçinin “Neftçi”nin baş məşqçisi Adrian Mutu “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə klub 500 manat cərimə edilib.

Paylaş:
1869

Son xəbərlər

Bütün xəbərlər